ABŞ prezidenti Donald Tramp bu həftə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi düşünür.

"Unikal" xəbər verir ki, bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp Rusiya prezidenti Vladimir Putinin hərəkətlərindən və sülh danışıqlarının ləng gedişindən məyusdur. WSJ mənbələri aydınlaşdırıb ki, Ağ Evdə müzakirə edilən yeni təzyiq tədbirləri bank sanksiyalarının genişləndirilməsini nəzərdə tutmur. Əvəzində Moskvanı 30 günlük atəşkəslə razılaşmağa təşviq etmək üçün məhdud tədbirlər də daxil olmaqla, başqa variantlar nəzərdən keçirilir.

Eyni zamanda, mənbələr qeyd edir ki, Tramp son nəticədə Moskvaya qarşı sanksiyalar siyasətinin sərtləşdirilməsindən imtina edə bilər.

Gülayə Mecid