İrəvan Ermənistan hakimiyyətinin hələ 2024-cü ildə elan etdiyi “3+3” formatında növbəti nazirlər görüşünü keçirməyə hazırdır.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Hələ 2024-cü il oktyabrın 18-də İstanbulda keçirilən “3+3” regional məşvərət platformasının 3-cü iclası çərçivəsində Ermənistan nazirlərin növbəti görüşünə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib", - XİN-in açıqlamasında deyilir.
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin may ayında bəyan etmişdi ki, “3+3” regional əməkdaşlıq platformasının növbəti görüşləri tərəflərin müəyyən etdiyi qaydada İrəvan və Bakıda keçirilməlidir.
Qeyd olnub ki, növbəti iclasın vaxtı və yeri dəqiqləşən kimi ictimaiyyətə məlumat veriləcək.
Ağarza Elçinoğlu