Əməkdar mədəniyyət işçisi Babək Quliyev vəfat edib.
"Unikal" xəbər verir ki, o, 70 yaşında dünasını dəyişib.
Qeyd edək ki, B. Quliyev uzun illər Mədəniyyət Nazirliyində, həmçinin “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərib. Müdafiə Nazirliyində fotoreportyor, hərbi operator kimi çalışıb, cəbhə bölgələrində çoxsaylı çəkilişlər edib. Qarabağ müharibəsi veteranıdır. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Azər Quliyev mərhumun qardaşıdır.