Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada danışıqlar zamanı respublikanın Ukrayna məsələsi üzrə sülh danışıqlarının yeni mərhələsini qəbul etməyə və münaqişənin həllinə hər cür dəstəyi verməyə hazır olduğunu təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti yazıb.
Fidan rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə Moskvada iki günlük səfərdədir. O, dünən mayın 16-da İstanbulda Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Rusiya prezidentinin köməkçisi Vladimir Medinski ilə görüşüb.
Fidanı Rusiya prezidenti Vladimir Putin də qəbul edib.
Ağarza Elçinoğlu