"Azərbaycan ərazisindən İran və Türkiyə ilə dəmir yolu əlaqəsi Rusiya üçün vacibdir".
"Unikal" xəbər verir ki, bunu Rusiyanın Bakıdakı səfiri Mixail Evdokimov “Avrasiya Nəqliyyat Çərçivəsinin formalaşması və bu prosesdə Azərbaycanın mühüm rolu” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
"Şimal-Cənub layihəsi hazırda son dərəcə vacibdir, hətta deyərdim ki, regional iqtisadi əməkdaşlıq baxımından sistemlidir", - deyə diplomat əlavə edib.
Ağarza Elçinoğlu