İran nüvə proqramı ilə bağlı güzəştə getməyə hazırdır.
"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi mayın 26-da CNN telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Vaşinqton həqiqətən də Tehranı nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək imkanından məhrum etmək istəsə, İran və ABŞ arasında danışıqlar ciddi çətinliklərlə üzləşəcək: "Əgər məqsəd İranın nüvə proqramının hərbiləşdirilmədiyinə əmin olmaqdırsa, düşünürəm ki, bu, bizim asanlıqla edə biləcəyimiz bir şeydir. Əgər məqsəd iranlıları dinc nüvə enerjisi hüququndan məhrum etməkdirsə, o zaman düşünürəm ki, bu, o qədər problemli olacaq ki, bütün prosesi pozacaq".
Diplomat əlavə edib ki, əgər siyasi iradə olarsa, razılığa gəlmək üçün bir çox yollar var: "İran heç bir kənar təzyiqə boyun əyməyəcək".
Ağarza Elçinoğlu