Ödənişli xidmət göstərən publik hüquqi şəxslərin dövlət büdcəsindən maliyyələşməsini məhdudlaşdırmalıyıq. 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib. 

Nazir bildirib ki, bu barədə hökumətin tapşırığı var və bu istiqmətdə aktiv iş aparırıq: “Düşünürəm ki, publik hüquqi şəxslərin sırasında optimallaşdırma istiqamətində nəticələr əldə edəcəyik”.