"Bir neçə KİV faktiki olaraq Ukraynadakı münaqişənin həlli üzrə danışıqlar prosesini pozmaq kampaniyasında iştirak edir". 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

"Biz görürük ki, çoxlu sayda KİV faktiki olaraq sülh prosesini pozmağa yönəlmiş kampaniyada iştirak edir", - Kreml sözçüsü bildirib.

Bundan əlavə, Peskov bildirib ki, bəzi jurnalistlər “amerikalıları hər cür yolla yeni sanksiyalar tətbiq etməyə təşviq etmək” məqsədini güdürlər. Lakin Kreml sözçüsü konkret ad çəkməyib. 

Gülayə Mecid