Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla İran XİN rəhbərinin müavini  Səid Xətibzadə arasında görüş keçirilib.

"Unikal" xəbər verir ki, İrəvanda baş tutan görüşdə Ermənistan və İran arasında əməkdaşlıq məsələlər, o cümlədən konkret ikitərəfli layihələri müzakirə edilib. 

Bundan əvvəl Xətibzadə jurnalistlərə İran prezidenti Məsud Pezeşkianın Ermənistana səfərinə hazırlıq barədə məlumat verib.