Gürcüstan hökumətinin tərkibində yeni dəyişiklik edilib. Ölkənin yeni daxili işlər naziri təyin olunub.

"Unikal" xəbər verir ki, Baş nazir İrakli Kobaxidze bu vəzifəyə Gela Geladzeni təyin edib.

G.Geladze bundan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində rəis müavini vəzifəsində çalışıb. 

***10:17

Gürcüstanın Baş nazirinin müavini, daxili işlər naziri Vaxtanq Qomelauri istefa verib.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.