Sumqayıt Bələdiyyəsi üzvlərinin "Bələdiyyə parkı"nda ekoloji proqram və yay fəslinə hazırlıq çərçivəsində səyyar iclası baş tutub. Keçirilən iclasda bələdiyyənin şöbə müdirləri və aparat işçiləri də iştirak edib.
"Unikal" xəbər verir ki, iclas çərçivəsində Sumqayıt Bələdiyyəsi sədri Adil Xudadatov, üzvlər və aparat işçiləri" Bələdiyyə parkı "ərazisində olub, son vaxtlar parkda görülən işlərlə tanış olublar. İclas iştirakçılarına son dönəmlər park ərazisində görülən işlərlə bağlı məlumat verilib. Belə ki, ərazidəki həddindən artıq uzanmış ot və qazonlar biçilib, ağaclar ziyanvericilərdən qorumaq məqsədilə əhənglənib, budanıb, skamyalar və ərazidəki hasar boyanıb.
"Bələdiyyə parkı"nın işıqlandırılması yenilənib, suvarma xətləri quraşdırılıb, parkdakı mərmər örtüyü və uşaqlar üçün əyləncə qurğuları yenilənib.