"Nikol Paşinyan və onun bütün komandası ölkədə açıq-aşkar anti-Rusiya təbliğatı aparır və onların orientasiyası Türkiyəyə yönəlib".
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı İşxan Saqatelyan deyib.
"Onlar bunu təbii ki, Qərb dəyərləri altında təqdim etməyə çalışırlar, lakin onların və ətrafdakı insanların Qərb dəyərlərinə, Qərbə heç bir aidiyyəti yoxdur. Rusiyanı Ermənistanın düşməni, Türkiyəni isə Ermənistanın dostu elan etməkdə davam edirlər. Bu, onların siyasətidir", - deyə o qeyd edib.
Deputat parlamentin spikeri Alen Simonyanın sülh müqaviləsi imzalandıqdan sonra ermənilərin Bakıya gedib yaşaya bilməsi, azərbaycanlıların isə Ermənistanda vaxtilə yaşadıqları kəndlərə qayıda biləcəyi barədə bəyanatından da danışıb: "Hesab edirəm ki, hakimiyyət dəyişikliyindən sonra Alen Simonyanın yaşaya biləcəyi yeganə yer Bakıdır, yəqin ki, bu barədə özü danışır. O, yalnız özündən və gələcəyindən danışır, heç vaxt erməni xalqından danışmır".
Ağarza Elçinoğlu