Almaniya Ukraynaya 5 milyard avro məbləğində yeni hərbi yardım göstərməyə razılaşıb.

"Unikal" xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Bildirilib ki, müdafiə naziri Boris Pistorius və onun ukraynalı həmkarı Rustem Umerov Berlində Ukrayna istehsalı olan uzaqmənzilli silahların tədarükünün maliyyələşdirilməsinə dair saziş imzalayıblar.

Bundan əlavə, Ukrayna ilə Almaniyanın hərbi sənaye müəssisələri arasında da müqavilələr bağlanıb. Yeni yardım paketi Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə və uzunmüddətli əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.