Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Lavrov ABŞ dövlət katibini Trampla Putin arasında razılaşmaların icrası ilə bağlı məlumatlandırıb. O, İstanbulda Rusiya-Ukrayna danışıqları ilə bağlı konkret təkliflərdən də danışıb.
Rubio vurğulayıb ki, Tramp Ukrayna münaqişəsinə tezliklə son qoymağı hədəfləyir və Vaşinqton tərəflər arasında yaxınlaşmanı asanlaşdırmağa hazırdır.
Nazir və dövlət katibi Rusiya və ABŞ arasında xarici siyasət dialoqunu davam etdirmək üçün qarşılıqlı niyyətlərini təsdiqləyiblər.