Ukrayna prezidenti Volodimir Zelenski Almaniyada kansler Fridrix Merzlə görüşündə geyimi ilə diqqət çəkib.

"Unikal" xəbər verir ki, ABŞ prezidenti Donald Tramp da daxil olmaqla heç bir rəsmi görüşdə kostyum geyinməyən Zelenski ilkə imza atıb. Belə ki, Ukrayna lideri Almaniyaya səfəri zamanı qara kostyuma və idman ayaqqabısına üstünlük verib. 

Zelenskinin Merzlə görüşündə kostyum geyinməsini “qarşılıqlı hörmət”lə əlaqələndirilib. 

Qeyd edək ki, Rusiya və Ukrayna arasında müharibə 24 fevral 2022-ci ildən bəri davam edir. Rusiya ilə genişmiqyaslı müharibəyə başladıqlarını açıqlayan Zelenski o vaxtdan bəri kamuflyaj  parçalardan olan geyimlərə üstünlük verir.  

Gülayə Mecid