Ukraynada ədalətli və sabit sülh böyük ehtimalla yalnız Vladimir Putin hakimiyyətdən getdikdən sonra bərqərar olacaq.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski açıqlayıb.
Onun sözlərinə görə, artıq müvəqqəti həll imkanı var: atəşkəs və uzunmüddətli nizamlanma prosesinin başlanması.
Zelenski vurğulayıb ki, hazırda Rusiyanın müharibəni dayandırmaq istəyini görmür: "Biz ədalətli sülhə nail olacağıq, amma bəlkə də yalnız Putindən sonra. Ancaq atəşkəslə başlayan sülh, sonra isə davamlı sülhə doğru addımlar sabah da başlaya bilər".
Ağarza Elçinoğlu