Türkiyə Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqların gedişini diqqətlə izləyir və bu prosesdə fəal iştirak edir.

"Unikal" “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Biz Azərbaycan və Ermənistan arasında vəziyyətin inkişafını və sülhə doğru gedən hərəkatı böyük maraqla izləyirik. Türkiyə də lazımi töhfəni verir və bu işi davam etdirməyə hazırdır. Sülh yolu ilə nizamlanma həm Azərbaycan, Ermənistan, həm də ölkəmiz üçün faydalı olacaq", - Türkiyə lideri bildirib.

Ərdoğan vurğulayıb ki, Türkiyə də Ermənistanla münasibətlərin yaxşılaşdırılması prosesi ilə məşğuldur.

"Biz sülhə nail olanda və dialoq quranda bütün tərəflər bu nəticənin nə qədər faydalı olacağını görəcəklər. Bizim buna heç bir şübhəmiz yoxdur", - deyə o qeyd edib.