Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 29-da ümumi çəkisi 17,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

"Unikal" xəbər verir ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1 kiloqramdan artıq heroin, 15,6 kiloqramdan çox marixuana, 475 qram metamfetamin, 300 qramdan artıq həşiş, həmçinin 21 ədəd psixotrop tərkibli həb olub.

Yabanı halda bitmiş 10384 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən aşkar olunaraq məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.