Finlandiya Təhlükəsizlik Polisi (Supo) İranın ölkəyə düşmən təsirinin artdığını bildirib.
"Unikal" xəbər verir ki, bu barədə "Yle" məlumat yayıb.
Supo Finlandiyaya casusluq edən ölkələrdən biri kimi ilk dəfə İranın adını çəkib. Bundan əvvəl hüquq-mühafizə orqanları bu kontekstdə yalnız Rusiya və Çini açıq şəkildə qeyd etmişdilər.