Ukrayna prezidenti Volodimir Zelenski "Telegram" kanalında Rusiya aerodromlarına endirilən zərbələrlə əməliyyatdan bəhs edən videomüraciət yayıb.

"Unikal" xəbər verir ki, Zelenskinin sözlərinə görə, əməliyyatın ofisi Rusiya Federasiyası ərazisindəki rayonlardan birində yerləşirdi. Zelenski əməliyyatın il yarımdan artıq hazırlandığını təsdiqləyib və əməliyyata görə Ukrayna Təhlükəsizlik Xidmətinə və onun rəhbəri Vasil Malyuka təşəkkür edib. Zelenski qeyd edib ki, bunun həyata keçirilməsi üçün Rusiya Federasiyasının üç regionunda 117 pilotsuz uçan aparat və Ukrayna agentlərindən istifadə edilib. Hücumlar ərəfəsində onların Rusiya ərazisini tərk etdikləri bildirilir.