Polşada keçirilən prezident seçkilərinin ikinci turunda hakim Vətəndaş Koalisiyasının namizədi, Varşava meri Rafal Tşaskovski qalib gəlib.

"Unikal" xəbər verir ki, bunu seçki məntəqələri bağlandıqdan sonra “exit-poll”un nəticələri sübut edir. Sosioloqların hesablamalarına görə, Tşaskovski 50,3% səs toplayıb. Onun rəqibi, ən böyük müxalifət partiyası olan “Hüquq və Ədalət”i təmsil edən Karol Navroçki 49,7% səs yığıb.

Seçki qərargahında çıxış edən Tşaskovski prezident seçkilərinin ikinci turunda qalib gəldiyini elan edib. 

Dövlət Seçki Komissiyası səsvermənin rəsmi nəticələrinə iyunun 2-də yekun vurmağı planlaşdırır.