Xəbər verdiyimiz kimi, Goranboy rayonunun Yenikənd kəndi ərazisində mina hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, minaya düşən şəxsin vəziyyəti ilə bağlı TƏBİB məlumat yayıb.
Bildirilib ki, 31.05.2025-ci il tarixində saat 15:30 radələrində 1980-ci il təvəllüdlü şəxs (kişi cinsli) sol ayağın topuqdan amputasiyası və bədənin müxtəlif nahiyələrinin qəlpəsi yarası diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir.
Tural Əhmədov