Çin prezident Donald Trampın Pekinin Cenevrədəki ticarət danışıqlarında əldə olunmuş razılaşmaları pozması ilə bağlı ittihamlarını əsassız adlandırıb və ABŞ-nin təzyiqlərinin davam edəcəyi təqdirdə öz maraqlarını qorumaq üçün qəti tədbirlər görəcəyini vəd edib.
"Unikal" xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin bəyanatında deyilir.
"Çin Cenevrə ticarət danışıqlarında əldə olunmuş razılaşmalara məsuliyyətlə və ciddi yanaşır, onları ciddi şəkildə yerinə yetirir və fəal şəkildə qoruyur. Çin öz hüquq və maraqlarını müdafiə etməkdə qətiyyətlidir və razılaşmalara səmimiyyətlə riayət edir", - bəyanatda deyilir.