İyunun 18-dən 19-dək Dəməşqdə Suriya - Səudiyyə Ərəbistanı İnvestisiya Forumu keçiriləcək.

"Unikal" xəbər verir ki, bunu Suriyanın maliyyə naziri Məhəmməd Yusr Bərniyə Dəməşq qiymətli kağızlar bazarının açılışı mərasimində deyib.

Səudiyyə Ərəbistanının dəstəyini yüksək qiymətləndirən suriyalı nazir diqqətə çatdırıb ki, bu ölkədən böyük investisiyalar gələcək.

Eyni zamanda, Suriyanın iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal əş-Şəar bildirib ki, Səudiyyə Ərəbistanı nümayəndə heyəti ilə əldə edilmiş razılaşmaların həyata keçirilməsinə başlanıb. Konkret nəticələr yaxın həftələrdə görünəcək.