"Tez qələbə üçün İstanbulda Rusiya-Ukrayna danışıqları lazımdır".

"Unikal" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram kanalında yazıb. 

"İstanbulda danışıqlar kiminsə uydurduğu qeyri-real şərtlərdə güzəştli sülh əldə etmək üçün deyil, bizim sürətli qələbəmiz və neonasist hökumətinin tamamilə məhv edilməsi üçün lazımdır", - siyasətçi qeyd edib. 

Bundan əvvəl İstanbulda keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bəyan etmişdi ki, Rusiya tərəfi Ukraynaya iki-üç gün ərzində konkret atəşkəs təklif edib.