Qırğızıstan paytaxtının Pervomayski rayon məhkəməsi respublikanın keçmiş prezidenti Almazbek Atambayevi bir sıra cinayətlər törətməkdə təqsirli bilib və qiyabi olaraq 11,5 il müddətinə azadlıqdan məhrum edib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, Atambayev Çuy vilayətinin Koy-Taş kəndində torpaq sahələrini qanunsuz mənimsəməkdə, Bişkek İstilik Elektrik Stansiyasının modernləşdirilməsi zamanı korrupsiyada və avqustun 7-8-də həmin kənddə kütləvi iğtişaşların təşkilində təqsirli bilinib.

Keçmiş prezidentə əmlakın müsadirə edilməsi barədə göstəriş verilib və bütün dövlət mükafatlarından məhrum edilib.