Goranboyda yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının rayonun Boluslu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Qazax istiqamətində hərəkətdə olan dondurma daşıyan sürücü idarəetməni itirərək avtomobili dəmir arakəsmələrə çırpıb, ardından Bakı istiqamətində hərəkət edən avtomobillərin yoluna düşüb.
Qəza zamanı yol təsərrüfatına və avtomobilə xeyli ziyan dəyib. Magistral yolda gecə saatlarında avtomobillərin hərəkətində çətinlik yaranıb.
Faktla bağlı araşdıma aparılır.
Tural Əhmədov