Göygöldə zəncirvari qəza olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qızılqaya qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Nissan", "Chevrolet" və digər minik maşını toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobilərə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov