İyunun 4-də Kölndə 20.000 sakin İkinci Dünya Müharibəsindən qalan üç partlamamış bombaya görə təxliyə ediləcək.

"Unikal" xəbər verir ki,  bu barədə Almaniya mediası yazır. 

"Hazırda Kölndə 1945-ci ildən bəri ən böyük evakuasiya İkinci Dünya Müharibəsindən qalma partlamamış bombalar səbəbindən həyata keçirilir. 20 min insan eyni anda evakuasiya edilir", - KİV-lərdən biri yazıb.  

 Bildirilir ki, insanlar şəhərin ətraf ərazilərinə üz tutublar.