"Biznesmen Areq Şepixin qaçırılmayıb, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb".

"Unikal" xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının milli siyasət naziri Əhməd Dudayev məlumat yayıb. 

Dudayev qeyd edib ki, iş adamı Moskvanın müvafiq qurumları ilə birlikdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. O qeyd edib ki, Şepixin cinayət məcəlləsinin bir neçə maddəsinə, o cümlədən nasizmin reabilitasiyasında ittiham olunur. 

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, erməni iş adamı ilə yanaşı daha 6 nəfər saxlanılıb. 

Gülayə Mecid