Balakən sakini yaşadığı evi yandırıb.

"Unikal" xəbər verir ki, hadisə  gecə saatlarında  Balakən rayon Qazma kəndində baş verib. Yanğın yerinə Balakən rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları cəlb olunub. Yanğın zamanı 1970-ci il təvəllüdlü Məmmədov Camal Hidayət oğluna məxsus ümumi sahəsi 264 kv/m olan 7 otaqdan ibarət olan yaşayış evi tamamilə yanaraq kül olub. 

İlkin məlumata görə, C.Məmmədov evi özü yandırıb. O , təcili tibbi yardım avtomobili ilə Balakən rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli