Ötən gün Naxçıvan-Sədərək magistral yolunun Şərur rayonu Püsyan kəndi ərazisindən keçən hissəsində qəza baş verib. 

"Unikal" xəbər verir ki, 68-BK-601 dövlət nömrə nişanlı "Mercedes"lə 68-BF-164 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil toqquşub. 

Qəza zamanı  2 qadın və 1 kişi xəsarət alıb. Onlar Şərur Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.