"Məncə, bütün ermənilərin katolikosu şəksiz nüfuz sahibi, ədalətin dönməz müdafiəçisi, şəksiz həqiqət mənbəyi olmalıdır".
"Unikal" xəbər verir ki, bunu Ermnistanın baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində yazıb.
"Mən bütün ermənilərin katolikosunun həqiqəti boğan rolunda ola biləcəyinə inana bilmirəm, bütün ermənilərin katolikosunun ağzından həqiqətdən başqa bir şey çıxa biləcəyinə inana bilmirəm. Qoy II Karekin özü aydınlaşdırsın: o, subaylıq andını pozubmu və övladı varmı? Ondan həqiqəti eşitməyə haqqımız var", - baş nazir qeyd edib.
Ağarza Elçinoğlu