3,2 milyard dollarlıq sərvətlə Türkiyənin 6-cı ən zəngin adamı olan İpek Kıraç bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, gənc milyarder iki ilə yaxındır birlikdə olduğu sevgilisi ilə evlənməyə qərar verib. 

Bildirilir ki, İpek Kıraç bursalı DJ sevgilisi Sezer Uysalla sentyabrda nikah masasına oturacaq. 

Qeyd edək ki, gənc xanımın atası, iş adamı İnan Kıraçdır. O, demans xəstəliyindən əziyyət çəkir.  Bundan əvvəl o, qızı İpək Kıraçı övladlıqdan rədd etmişdi.