Ağstafa RİH başçısı Seymur Orucovun rayonun Qarayazı qəsəbəsi və Zəlimxan kəndində keçirdiyi vətəndaşların növbəti səyyar qəbullarında aidiyyəti idarə, müəssisə və təşkilatların məsul şəxsləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
"Unikal"ın məlumatına görə, səyyar qəbullarda giriş nitqi söyləyən RİH başçısı qeyd edib ki, xalqımızın xilaskarı Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi xətti ilə ölkəmizi daim zirvələrə ucaldan və xalqımıza tarixi Qələbələr bəxş edən Prezident İlham Əliyevin qətiyyətli, müstəqil siyasətinin mərkəzində əhalinin rifahının təminatı, vətəndaşların qayğıları və təhlükəsizliyi dayanır. Bu gün müstəqil və suveren Azərbaycan daha qüdrətli dövlətə çevrilir, sosial sahəyə daim xüsusi diqqət göstərilir, xalqımız daha firəvan həyata qovuşur, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm tədbirlər icra olunur.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eləcə də yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində məsul şəxslərə müvafiq tapşırıqlar verilib.