Ermənistan prezidenti Vaaqn Xaçaturyan Tailand və Macarıstana yeni səfirlərin təyin edilməsi haqqında fərmanlar imzalayıb.
"Unikal" xəbər verir ki, Ermənistanı Tailandda Çindəki səfir (keçmiş xarici işlər nazirinin müavini) Vahe Gevorqyan təmsil edəcək.
Aşot Smbatyan Macarıstandakı səfir vəzifəsindən geri çağırılıb. Onun yerinə Haykak Arşamyan təyin edilib.