Paşinyan bu gün gündəmi diktə edə bilmir: o, bu gün Ermənistanda ən həssas insandır. 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.

"Sual olunur: siyasi meyit gündəmi necə diktə edə bilər? Gəlin bu yanaşmanı dəyişək, biz Paşinyana niyə bu qədər dəyər veririk? Paşinyan bu gün doğrudan da gündəmi diktə etmək iqtidarında deyil. Sosial sorğularda 10 nəfərdən cəmi 15 faiz nüfuza malik olan bir şəxs necə ola bilər ki, ölkəni çətin vəziyyətə salıb, iqtisadiyyatı bərbad vəziyyətə salıb, daxildə parçalanmalar var, hakimiyyət büdcənin özündən hər cür sui-istifadəyə batmış vəziyyətdədir". 

Ağarza Elçinoğlu