Ermənistan ordusunun hərbi qulluqçusunu ildırım vurub.

"Unikal" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 6-da saat 13:00 radələrində əsgər Narek Marqaryan ildırım vurması nəticəsində ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.