Moskva məhkəməsi erməni əsilli iş adamı, bloger Areq Şepixini ekstremizm işi üzrə 2 ay müddətinə həbs edib.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, o, istintaq təcridxanasına göndərilib.

Xatırladaq ki, erməni bloqer sosial şəbəkələrdə Dağıstan, Çeçenistan sakinlərini və ümumilikdə müsəlmanları təhqir edən paylaşımlar edib.