Cəlilabad rayonunda "Ford" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Uzuntəpə-Günəşli yolunda qeydə alınıb.

Qəza nəticəsində xəsarət alan iki kişi və üç qadın - Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Xəsarət alan şəxslərin hazırki vəziyyətləri stabil olaraq qiymətləndirilir.