Şəmkirdə 29 yaşlı gənci elektrik cəryanı vuraraq öldürüb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun  Dəllər Cəyir kəndində baş verib. Kənd sakini, 1996-cı il təvəllüdlü İ.Nərimanlı  yaşadığı ünvanda elektrik naqillərini təmir edərkən onu "tok" vurub. O, hadisə yerində ölüb. Hadisənin ehtiyatsızlıqdan baş veridiyi bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov