Gəncədə 33 yaşlı kişi özünə xəsarət yetirib.

"Unikal"ın  məlumatına görə, hadisə şəhər ərazisində baş verib.Şəhər sakini 1993-cü il təvəllüdlü Ə.Rzayev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, Ə.Rzayev kəsici ailətlə özünə xəsarət yetirib.Onun özünə hansı səbəbdən xəsarət yetirməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov