8 gün öncə avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

"Unikal" xəbər verir ki, Qax şəhər sakini, 1951-ci il təvəllüdlü İsmət Bayram oğlu Mustafayev bugün səhər saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

Qeyd edək ki, Qax şəhər sakini 1951-ci il təvəllüdlü Mustafayev İsmət Bayram oğlunu iyun ayının 1-də minik avtomobili vurub. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.

Yaralıya kəllə-beyin travması diaqnozu qoyulmuşdu.

Seymur Əli