Lerikdə 44 yaşlı kişi ağacdan yıxılıb.
"Unikal"ın məlumatına görə, Lerik rayonunun Bürsülüm kənd sakini 1981-ci il təvəllüdlü Firudin Fayaz oğlu Ağayev gilas dərmək üçün ağaca çıxıb. Ehtiyatsızlıqdan ağacdan yıxılıb. F.Ağayev təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona sol budun və baldırın yuxarı 1/3-nin diz altı nahiyəsinin böyük həcmli gematoması diaqnozu qoyub, zəruri ilkin tibbi xidmətlər göstəriblər.
Xəstə vəziyyətinə uyğun olaraq Bakı şəhərinə xəstəxanaların birinə göndərilməsi nəzərdə tutulub.
Xəlil Əliyev