Gəncədə yanğın olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində səhər saatlarında baş verib.

Belə ki, açıq ərazidə olan quru ot, plastik qablar yanıb. Dərhal əraziyə FHN əməkdaşları cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ətraf ərazilər və yaxınlıqda olan evlər yanğından mühafizə olunub.

Yanğın baş vermə səbəbləri araşdırılır.

Tural Əhmədov