Ermənistan tərəfi hələ də Rusiyanın Ermənistanda baş konsulluğunun açılmasının ləngiməsinin səbəblərini açıqlamır. 

"Unikal" xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb. 

Ermənistanın baş nazirinə müvafiq sorğu göndərilərək prosesin hansı mərhələdə olduğu, konsulluğun niyə hələ də açılmadığı və ləngimənin nədən ibarət olduğu soruşulub. Cavab Xarici İşlər Nazirliyindən gəlib: "Sizə bildiririk ki, qaldırılan məsələlərlə bağlı hadisələr inkişaf edərsə, ictimaiyyətə məlumat veriləcək".

Yada salaq ki, Sünik vilayətində baş konsulluğun açılması məsələsinin müzakirəsi üç ilə yaxındır ki, davam edir. 

Ağarza Elçinoğlu