İtaliyalı qapıçı Canluici Donnarumma Fransanın PSJ klubu ilə müqaviləsini uzatmağı planlaşdırdığını açıqlayıb.

"Unikal" xəbər verir ki, 26 yaşlı qolkiper Paris təmsilçisində uzun müddət oynamaq istədiyini bildirib.

2021-ci ildən PSJ-də çıxış edən Canluici Donnarummanın komandası ilə daha birillik müqaviləsi var.