Lənkəranda baş verən qəzada 3-ü yeniyetmə olmaqla, 5 nəfər xəsarət alıb.
"Unikal" xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib. Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı nəqliyyat vasitəsi "Mercedes" markalı avtomobillə toqquşub. Qəza nəticəsində Lənkəran rayonunun Havzava kənd sakinləri - 1976-cı il təvəllüdlü K.Xudaverdiyeva, 1984-cü il təvəllüdlü K.Əliyev, 2010-cu il təvəllüdlü A.Xudaverdiyev, 2011-ci il təvəllüdlü K.Kərimli və 2012-ci il təvəllüdlü A.Kərimli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Xəsarət alanlardan K.Xudaverdiyeva və K.Əliyev vəziyyətlərinə uyğun olaraq cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Digərlərinin müalicələri təcili yardım şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.