Gəncədə döyülmə faktı qeydə alınıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Kəlbəcər rayon sakini 1989-cu il təvəllüdlü Zülfiyyə İsmayılova müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, Z.İsmayılova qonşusu tərəfindən döyülüb.Faktla bağlı araşdırma aparılır.