11.06.2025 ci il tarixində saat 21:20 radələrində Astara rayonu Təngərüd kəndində 1 nəfər azyaşlı (kişi cinsli) boğulma diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə "Unikal"a TƏBİB-dən bildirilib.
Zərərçəkənə zəruri ilkin tibbi xidmətlər göstərilib. Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
*** 22:54
Astarada bədbəxt hadisə baş verib.
"Unikal"ın məlumatına görə, Astara rayonunun Təngərüd kənd sakini 2023-cü il təvəllüdlü T.Ə. ətrafdakıların diqqətindən yayınaraq həyətdəki su hovuzuna düşüb.
Axtarışı aparılan azyaşlını, hovuzda huşsuz vəziyyətdə tapıblar və dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Vəziyyəti ağır qiymətləndirilən azyaşlı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Xəlil Əliyev